7 Mart 2016 16:39
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük-keçid məntəqələrinin əsas təyinatı sərhədkeçmə prosesində insanların rahat, təhlükəsiz və sürətli keçidini təmin etməkdən ibarətdir. Lakin bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər.

Əsasən xırda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçünnəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

Naibə


Müəllif:

Oxşar xəbərlər