Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanın NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, FTƏP və PAP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına verdiyi töhfə barədə müzakirələr aparılıb.
BƏXTİYAR