10 Mart 2016 13:39
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumunun keçirilməsi həm miqyası, həm də forumda qaldırılan problemlər baxımından son dərəcə əhəmiyyətlidir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, artıq dördüncü dəfədir Bakıda belə bir forum keçirilir: “Bizim belə bir tədbirə ev sahibliyi etməyimiz özü bir müsbət anlam ifadə edir. Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər. Yəni, bu tədbir kifayət qədər sanballı, geniş və əhatəlidir”.

V.Zifəroğlu deyib ki, digər əhəmiyyətli bir məqam isə forumda yer alan mövzulardır: “Hazırda regionda baş verən istər siyasi, istər iqtisadi proseslər, multikuluturalizm, dinlərarası dialoq və bir sıra başqa ciddi müzakirə predmeti olan məsələlər forumda müzakirə masasına yatırılacaq. Bunun elə özü o deməkdir ki, orada edilən çıxışlar, müzakirələr proseslərə öz müsbət təsirini göstərə bilər. Yaxın Şərqdə baş verənlər, Suriya hadisələri belə forumların hər zaman gündəmindədir. Bir müddət əvvəl Münxendə belə bir forum təşkil edilmişdi. Orada da Suriyada, ümumiyyətlə regionda baş verən proseslər, dünyada və regionda təhlükəsizlik məsələləri müzakirə obyekti olmuşdur. Təbii ki, Bakıda keçirilən forumda da belə olacaq və Yaxın Şərqdə baş verən hadisələrin müzakirəsi gözləniləndir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər