10 Mart 2016 14:50
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması narahatlıq doğurur".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Qlobal Bakı Forumunda iştirak edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda isə İsveçin Suriyadakı səfiri kimi fəaliyyət göstərən Piter Semnebi deyib.

"Mən bu istiqamətdə irəliyə doğru addımlar atılacağına ümid etmək istərdim". - deyə o bildirib.

P.Semnebi bu gün Azərbaycan paytaxtında açılışı olan IV Qlobal Bakı Forumunun işini yüksək qiymətləndirib. O, Forumun yüksək keçirilmə səviyyəsini və iştirakçıların sayının çox olmasını xüsusi vurğulayıb: "Belə müzakirələr yalnız Azərbaycan yox, həm də digər ölkələr üçün faydalıdır".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər