IV Qlobal Bakı Forumu dünyada mövcud olan çağırışların müzakirə edilməsi üçün çox yaxşı imkanlar yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə aşıqlamasında Finlandiyanın sabiq prezidenti Tarya Halonen bildirib.
O deyib ki, dünyanın bir çox ölkələrindən insanlar burada bir araya toplanıb müzakirələr aparırlar: "Bu da yeni təcrübə və biliklərin qazanılmasına imkan verir. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır. Və bu istiqamətdə xeyli işlər görüb. Son illər Azərbaycan xeyli inkişaf edib. Əvvəlki illərlə müqayisədə ölkənin inkişafını görməmək mümkün deyil".
Nərgiz