10 Mart 2016 19:40
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Qlobal Bakı Forumu çox mühümdür, əhəmiyyəti və şöhrəti hər il daha da artır.

Bunu jurnalistlərə İsrailin sabiq Baş naziri Ehud Barak deyib.

Onun sözlərinə görə, bu forum Azərbaycanın böyuk nailiyyətidir, belə ki, bu tədbir bütün dünyada hörmətlə qarşılanır: "İldən-ilə foruma daha çox sayda nüfuzlu şəxslər, dünya liderləri qoşulur. Onlar buraya toplaşırlar ki, dünyanın bir qədər yaxşılaşdırılması üçün movcud problemlərlə bağlı fikirlərini bölüşsünlər".

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

“Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.


Müəllif:

Oxşar xəbərlər