Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə rəhbərləri tərəfindən impakt faktorlu jurnallarda dərc olunan hər bir elmi məqaləyə görə müəllifə 100 manat pul mükafatı veriləcək.
AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, bunu Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov deyib.
Ə.Sadıqov akademiyada müxtəlif elm sahələri üzrə səmərəli tədqiqat işləri aparan və elmi əsərləri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan alimlərin sosial müdafiəsini gücləndirməyin, onları daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirməyin vacibliyini önə çəkib.
Ə.Sadıqov AMEA-nın magistraturasına qəbula hazırlıqla bağlı məlumat verərək, qəbul prosesinin başladığını nəzərə çatdırıb.
O, Akademiyada magistratura pilləsinin artıq qanunla rəsmiləşdirildiyini vurğulayaraq bu il 21 ixtisas, 42 ixtisaslaşma üzrə 63 yerin elan olunduğunu deyib.