Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində əfv sərəncamı icra olunub.
Teleqraf.com-un məlumatına görə, bu müəssisədə bir məhkum ¬– Rəhman Kulayev əfv edilib. Rəhman Kulayev deyir ki, əfv olunacağını bilməyib: “Otaqda oturmuşdum, uşaqlar qaça-qaça gəlib dedilər ki, əfv olunmusan. Sevindim. Ölkə başçısına təşəkkür edirəm”.
Azərbaycan Prezidenti martın 17-də İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
İlhamə