Milli Məclisin plenar iclası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov deyib ki, Novruz Bayramı ərəfəsində cənab prezident humanizm nümayiş etdirərək əfv sərəncamı imzalayıb və 148 nəfər azadlığa çıxıb: “İcazə verin, buna görə Milli Məclis adından cənab prezidentə təşəkkür edək”.
Spiker daha sonra söyləyib ki, bütün beynəlxalq təşkilatlar və nüfuzlu qurumlar əfv fərmənanını yüksək qiymətləndirirlər. Mətbuatda da həmçinin bu məsələlər geniş işıqlandırılır. Ancaq bəzən elə məqamlara rast gəlirsən ki, sanki bundan mənfi çalarlar axtarılır.
Spiker həmçinin söyləyib ki, Milli Məclis ayda iki dəfə iclas keçirə bilər: “ Mətbuatdan oxunur ki, növbədənkənar iclas keçirilir. Fövqəladə toplantı o zaman olar ki, sessiya başa çatar və ondan sonra fövqəladə toplantı çağırılar. Mən xahiş edirəm ki, belə şişirtmələrə yol verməyin”.
Nemət