Prezidentin dünən imzaladığı əfv sərəncamı 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Teleqraf.com-un məlumatına görə, Taleh Mustafayev, Rövşən Səfərov, Aydın Əsgərov, Pərvin Mənsiyev, Faiq Məmmədov azadlığa buraxılıblar.
Faiq Məmmədovun anası Almaz Məmmədova deyir ki, oğlunun adını əfv siyahısında televizordan eşidib: “Faiq 6 aylıq müddətə həbs olunmuşdu. Çıxmağına 1 ay qalmış əfvə düşdü. Sevinirəm, çünki həbsxanada 1 saat da 1 ay kimidir.
İnşallah Faiq bir daha bura düşməz. Bu bayramda bizi sevindirdiyi üçün Prezident Ilham Əliyevə təşəkkür edirəm”.
İlhamə