İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir.
FHN-in məlumatında deyilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 və''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.
Naibə