“Prezident İlham Əliyevin əfv sərəncamı məhbuslarla yanaşı ailələri də sevindirir”.
Teleqraf.com-un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.
Onun sözlərinə görə, bu bayram əfv olunan məhbuslar üçün ikiqat sevincdir: “Prezident İlham Əliyevin imzaladığı sərəncam 137 nəfərə şamil olunub. Onlardan ikisi qadın, bir nəfəri yetkinlik yaşına çatmayan gəncdir. İnanırıq ki, onlar bir daha məhbus olmayacaqlar.
Aynur Sofiyeva qeyd edib ki, son illər Azərbaycanda yetkinlik yaşına çatmayanlar tərəfindən hüquqpozmaların sayında azalma müşahidə edilir.
İLHAMƏ