İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.
Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.
Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.