Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin şərti həbs cəzası ilə azadlığa buraxılması qərarını alqışladığını bəyan edib.
Teleqraf.com-un məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin bəyanatında deyilir ki, qərara Azərbaycan Prezidentinin martın 17-də imzaladığı əfv sərəncamı təsir edib: “Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzrə birgə çalışmağa ümid edirik”.
Qeyd edək ki, dünən Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla azadlığa buraxılıb.
Nərgiz