Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb.
QAT-ın mətbuat xidmətindən Teleqraf.coma daxil olan bəyanatda deyilir: “Mətbuatda gedən məlumatlara görə, Rusiyanın təşəbbüsü ilə bu ilin iyul-avqust aylarında keçiriləcək “Ordu oyunları”nda Azərbaycan da iştirak etməyə razılıq verib. Bu “Ordu oyunlar”ı bir neçə ildir ki, keçirilir və əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, o cümlədən Ermənistan iştirak edir. Azərbaycan bu vaxta qədər bu oyunlarda iştirak etməyib”.
QAT Azərbaycanın bu il həmin oyunlarda iştirakla bağlı qərarını yanlışlıq hesab etdiyini vurğulayıb: “Azərbaycan Ordusunun bölmələrinin işğalçı Ermənistanla birlikdə bu cür tədbirdə iştirakı yolverilməzdir. Biz bu qərara yenidən baxılmasını, iştirakdan imtina edilməsini tələb edirik. Əks halda Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyalarına başlayacağıq”.
Səxavət