ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.
Ceyms Uorlik Edvard Nalbandyanla görüşündən məmnun qaldığını bildirib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə edib.