3 Aprel 2016 20:06
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk Ermənistan XİN-ə çağrılıb.

Teleqraf.com News.am-a istinadən xəbər verir ki, buna səbəb Belarusun Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar aprelin 2-də yaydığı bəyanatındakı bir sıra müddəalardır.

Ermənistan xarici işlər nazirinin müavini Şavaş Köçəryan bildirib ki, bu, Ermənistan tərəfdə böyük çaşqınlıqla qarşılanıb. Ermənistan XİN-ə çağırılan səfir Nazaruka bildirilib ki, bu bəyanat Ermənistan-Belarus münasibətlərinin ruhuna uyğun deyil, tərəflərin Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı və digər strukturlarda götürdüyü öhdəliklərin əksinədir.

Qeyd edək ki, bəyanatda Belarusun münaqişənin sülh yolu ilə ümumi prinsip və beynəlxalq hüquq normaları, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun həllinə tərəfdar olduğu vurğulanıb. Bəyanatda ərazi bütövlüyü prinsipinin xüsusi vurğulanması Ermənistanı narazı salıb.

Yusif


Müəllif:

Oxşar xəbərlər