4 Aprel 2016 09:27
3 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni qoşunları Azərbaycanın işğal altındakı torpaqlarından BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq geri çəkilməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt deyib.

O, Dağlıq Qarabağda qoşunlarının təmas xəttində baş verən hadisələrdən narahatlıq hissi keçirdiyini bildirib və tərəfləri dərhal atəşkəsə riayət etməyə çağırıb. Aqramunt Azərbaycanın birtərəfli formada atəşkəs elan etdiyini məmnuniyyətlə qarşıladığını deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər