Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Conn Keri ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Məlumatda qeyd olunur ki, aprelin 4-də Sergey Lavrovla Con Kerri arasında telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə ediblər. Xarici işlər nazirləri tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.
Lavrov və Kerri kənar qüvvələri Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.