5 Aprel 2016 12:43
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Bu barədə Teleqraf.com-a Tərtər rayon prokurorluğu və polis şöbəsinin birgə yaydığı məlumatda bildirilib.

Belə ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər