16 İyun 2014 11:34
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.

Teleqraf.com Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Xatırladaq ki, iyunun 15-də ermənilərin atəşkəsi pozması nəticəsində Silahlı Qüvvələrimizin 1994-cü il təvəllüdlü kiçik çavuş Kərimov Səməndər Fazil oğlu şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.


Müəllif: