16 İyun 2014 11:55
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdə əsgər özbaşnalıqlarının aradan qaldırılması üçün nazirliyin yüksək çinli zabitlərinə, hərbi hissə komandirlərinə ciddi tapşırıqlar verib.

Nazir hərbi hissə komandirlərinə ordu sıralarında “dedovşina” hallarının birdəfəlik aradan qaldırılması, əsgəri heyət arasında nizam-intizam qaydalarına ciddi nəzarət olunması ilə bağlı xüsusi göstərişlər verib.

Mənbənin bildirdiyinə görə, nazir “dedovşina” halları aşkar edilən hərbi hissə komandirlərinin sərt şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

Xatırladaq ki, “dedovşina” orduda daha uzun müddət xidmət keçənlərin sonradan hərbi xidmətə başlayan əsgərlər üzərində qeyri-qanuni hakimiyyətidir. Bura daha uzun müddət xidmət keçən əsgərlərin gənc əsgərlərə qarşı müxtəlif təhqiredici hərəkətlər etməsi, onlara alçaldıcı tapşırıqlar verməsi, fiziki təzyiq, bəzən hətta cinsi qısnama daxildir. Çox vaxt bu hərəkətlər maddi baxımdan nisbətən imkanlı əsgərlərə qarşı törədilir. /azvision/


Müəllif: