8 Aprel 2016 12:21
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 Avropa Qran Prisi Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (AİTF-2016) təqdim olunur.

Teleqraf.com xəbər verir ki, Turizm və Səyahətlər Sərgisində dünyanın 30 ölkəsindən 300-dən çox şirkət iştirak edir.


Avropa Qran Prisi stendinin ziyarətçilərinə bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışı ilə bağlı son yeniliklər haqqında məlumat verilir və onlara içərisində yarış haqqında zəruri məlumatların olduğu broşuralar paylanılır. Bununla yanaşı, stendi ziyarət edənlər Formula 1 avtomobili ilə şəkil çəkdirmək və yarışa bilet almaq imkanından da yararlana biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ilk dəfə qatıldığı bu sərgidə Avropa Qran Prisinin stendində bilet satış məntəqəsinə, Formula 1 yarış avtomobilinin təqdimatına və geniş ekranda Bakı Şəhər Halqası ilə yanaşı paytaxt Bakının nəfəsçəkici görüntülərinin əks olunduğu video-çarxların nümayişinə yer verilib.


İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər