Filologiya elmlər doktoru, professor, əməkdar müəllim İmamverdi Əbilov vəfat edib.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, İmamverdi Əbilov Neftçala rayonunda 89 yaşında dünyasını dəyişib.
İmamverdi Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirib.
1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb.
800-dən artıq məqaləsi dərc edilib. Filologiya elmləri doktorudur. "Rəsul Rza", "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.
2000-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
İmamverdi Əbilov "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Əbilovun atasıdır.