11 Aprel 2016 14:52
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev bu gün ikinci Fəxri Xiyabanda dəfn ediliblər.

Teleqraf.com-un məlumatına görə, dəfn mərasikində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, millət vəkilləri, ziyalılar, şəhidlərin doğmaları, sadə vətəndaşlar iştirak ediblər.

Yaylım atəşi açılıb, şəhidlərin ruhuna dualar oxunub.


Müəllif:

Oxşar xəbərlər