11 Aprel 2016 17:49
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin erməni əsgərlərinin meyitlərini təhqir etməsi barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd olunub ki, Ermənistan tərəfi belə bəyanatlarla dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsində yanlış tərəfə yönəltməyə, özlərinə haqq qazandırmağa və azərbaycanlıları vəhşilikdə ittiham etməyə çalışır: "Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, erməni əsgərlərin meyitləri üzərində heç bir işgəncə və təhqiramiz hərəkət olmayıb".


Müəllif:

Oxşar xəbərlər