11 Aprel 2016 22:15
3 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsəd rejiminə qarşı vuruşan azərbaycanlı öldürülüb. Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə və Suriyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Furkan Azəri məlumat verib.

Onun sözlərinə görə, Əbu Əli (Elşən) Azəri və Həmza 3 il öncə Rüstəm Əsgərov ilə birlikdə Suriyaya gələrək müxalifətə qoşulub. Onlar Suriyada ailə həyatı qurublar.

Əsəd ordusu Hələb və Halidiyə bölgəsində əməliyyat keçiriblər. Snayper öncə Həmzəni, daha sonra Əlini vurublar.

Ayxan


Müəllif:

Oxşar xəbərlər