13 Aprel 2016 13:24
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Etiraf edək ki, bu gün ölkəmizdə heç də zəif olmayan dindarlaşma prosesi gedir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi tərəfindən təşkil olunan “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O, qeyd edib ki, dindarlaşma prosesi getdikcə cəmiyyətdə bir sıra problemlərlə qarşılaşırıq. Onun sözlərinə görə, təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyurlar: “Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu dırnaqarası dindarlaşma prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur”.

Komitə rəsmi deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir. G. İsmayılovun qeyd etdiyinə görə, Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir.

G. İsmayılov hesab edir ki, dindən qaynaqlannan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər: “Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır. Adət-ənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem islamda deyil. Səhv anlayışlar bizə səhv islam adı altında gətirilir, biz buna qeyri-ənənəvi islam da deyirik. Biz sağlam islamı təbliğ etməklə radikalımzı, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər