15 Aprel 2016 14:53
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-2016-cı illərdə Təhsil Nazirliyinin audit şöbəsi 7 təhsil şöbəsi, 5 məktəbəqədər müəssisə, 74 orta məktəb, 1 peşə məktəbində yoxlama aparılıb".

Bu barədə Təhsil Nazirliyinin audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev məlumat verib.

O, bildirib ki, nəticədə 3 şöbə müdiri tutduğu vəzifədən azad edilib, 4 müdir barəsində isə intizam tənbehi tədbiri görülüb. Şöbənin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisəsə və 32 orta məktəb direktoru tutduğu vəzifədən azad olunub.

Şöbənin 27 əməkdaşı və 38 orta məktəb direktoru barəsində digər intizam tənbehi tədbiri görülüb. Peşə məktəbinin direktor əvəzi və baş mühasibi tutduğu vəzifədən azad edilib.
10643,27 manat məbləğin dövlət büdcəsinə bərpası təmin edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər