17 İyun 2014 12:16
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmas xəttinə yaxın ərazilərdə yırtıcılar çoxalıb. Hətta vəziyyət o yerə çatıb ki, vəhşi heyvanlar günorta saatlarında belə sürüyə hücum etməkdən çəkinmir.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, Tərtərin cəbhəyanı kəndlərinə çaqqal sürülərinin hücumu intensivləşib. Bu, ermənilərin təmas xətti boyunca törətdikləri yanğınla bağlıdır. İşğal altında olan ərazilərdə sürətlə çoxalan vəhşi heyvanlar yanğınlar səbəbindən cəbhəyanı əraziləri keçərək yaşayış məntəqələrinə doluşur.

Cəbhəyanı yaşayış məntəqələrində tez-tez belə hallara rast gəlinir. Yırtıcı heyvanların sürü halında hücumu dünən günorta saatlarında rayonun Əskipara kəndinə olub. Qoyun sürüsünə yırtıcıların hücumunu fermadakı çoban itləri dəf edib. İtlər sürüyə soxulan çaqqallardan ikisini öldürüb.

Yırtıcıların sürülərə hücumunun çoxalması təkcə heyvanlar üçün deyil, elə insanlar üçün də təhlükəlidir. Çaqqalların ovlanmasına icazə verilmədiyindən sakinlər təsərrüfatlarını yalınız itlərin hesabına qoruyurlar.

Daşqın Abdullayev


Müəllif: