16 Aprel 2016 13:42
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada taksi şoferi tərəfindən qəddarlıqla döyülən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşının döyülmə anını əks etdirən video yayılıb.

Teleqraf.com “LifeNews” istinadən xəbər verir ki, hadisə Konyuşkovski küçəsində baş verib. Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov yolda gedərkən taksi sürücüsü ilə arasında mübahisə yaşanıb. Xəsarət alan Emil Məhərrəmov təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşı gəlib və ilkin ifadə alınıb.

Azərbaycanın Rusiyadakı səfirliyi artıq hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb.

Baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Videodan görünür ki, sürücü ağ rəngli minik avtomobilini yol kənarında saxlayır və iki nəfər maşından düşərək mübahisə etməyə başlayır.

Tərəflərdən biri digərinə dayanmadan güclü zərbələr endirir. Sonra ətrafdan keçən avtomobillərdəkilər və polis əməkdaşları, təcili yardım maşını hadisə yerinə yaxınlaşır. Zərərçəkmiş Emil Məhərrəmov polisə ilkin ifadəsində bildirib ki, sürücü ilə arasında mübahisə yolda ikən başlayıb və sonra əlbəyaxa olublar.
Artıq səfirliyin əməkdaşına hücum edən şəxsin kimliyi polis tərəfindən müəyyənləşdirilib və o, şöbəyə gətirilib. Hücum edənin 31 yaşlı Haybula Hacıyev olduğu üzə çıxıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər