18 Aprel 2016 14:18
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Türkiyə-Gürcüstan sərhədindəki "Çıldır Aktaş" sərhəd-keçid məntəqəsinə hücum ediblər.


Teleqraf.com "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginliyi bəhanə gətirən bir qrup erməni Axalkələkdə türk avtomobil və TIR-larını daşa basıb.


Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İnsidentdən sonra keçid məntəqəsində 4 kilometr uzunluğunda növbə yaranıb. Məlumatlara görə, yolun daş parçalarından təmizlənməsi işləri getdiyi üçün məntəqə qeyri-müəyyən müddətə bağlanıb.


Samir


Müəllif:

Oxşar xəbərlər