20 Aprel 2016 15:28
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni salınmış istirahət parkında yaradılan şəraitlə tanış olublar.

Park salınmazdan əvvəl burada istismar müddəti başa çatmış binalar yerləşib və ətraf ərazilər yarasız vəziyyətdə olub. Bir sözlə, bu ərazi paytaxtın müasir simasına uyğun deyildi. Məhz buna görə də bu ərazidə yeni parkın salınması layihəsinin icrasına başlanılıb.

Yeni parkın salınması ərazinin simasını tamamilə dəyişib və paytaxt sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən daha bir istirahət guşəsi yaradılıb.

Parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Ümumi ərazisi 10 min kvadratmetrə qədər olan yeni parkın salınmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Parkın 5 min kvadratmetr ərazisində yaşıllıq zolağı salınıb, çoxlu sayda şam, zeytun və çinar ağacları əkilib. Parkda, həmçinin müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb.

İstirahət guşəsində müasir iaşə obyektləri də inşa edilib. Bu obyektlərin tikintisində sınmayan, təhlükəsiz şüşələrdən istifadə olunub. İaşə obyektləri də müasir tələblərə cavab verən işıqlandırma sistemi ilə təchiz edilib. Parkda istirahət üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.


Müəllif:

Oxşar xəbərlər