Bakı Şəhər Halqasının (BŞH) tikintisi ilə əlaqədar görülən işlər davam edir. Trek boyunca asfalt örtüyünün çəkilməsi prosesi artıq tamamlanmaq üzrədir.
BŞH-nın yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçerin Teleqraf.com-a verdiyi açıqlamaya görə, asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərin 95 %-i artıq başa çatıb: “Yaxın günlərdə trekin Park İnn otelindən başlayaraq 1-ci döngəyə (Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməyə) qədər olan hissəsində də üst qat asfaltın çəkilişinə başlanacaq. Digər tərəfdən, qənbər daşların olduğu Niyazi və Əziz Əliyev küçələrinə yeni asfalt qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına tam müvafiq olaraq salınıb. Nəticədə yarışdan sonra bu küçələr əvvəlki görkəminə qayıdacaq”.
Qənbər daşlı yollara asfalt qatının salınması prosesi ilə yaxından tanış olmaq istəyirsinizsə bu keçiddəki “Tarixi yollarımız necə qorunur” adlı video materiala nəzər salın.
İlhamə Əbülfət