Aprelin əvvəllərində ermənilərin hücumuna cavab olaraq Azərbaycan Ordusunun hücumu qarşı tərəfdə əməlli-başlı qorxu yaradıb. Ordumuz Talış kəndi ətrafındakı yüksəklikləri ələ keçirdikdən sonra ermənilər Talış kəndini tam boşaldıblar. Bu iki erməni dığası isə özlərini qorxmaz və mərd göstərmək üçün maşınla kəndə qayıdıb.
Teleqraf.com avtosfer.az-a istinadən bildirir ki, ordumuzun düşmən mövqelərinə cavab atəşi ermənilərdə təlaş yaradıb. Cavab atəşindən özlərini itirən ermənilər, qorxaraq həyəcanlı şəkildə maşına minib qaçırlar.
Qeyd edək ki, yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olduğu üçün ermənilər Talış kəndini tam boşaldıblar.