21 Aprel 2016 13:57
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamını "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627; 2015, № 8, maddə 907, № 10, maddə 1191) "Komissiyanın üzvləri" hissəsində "Rəbiyyət Aslanova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları Komitəsinin sədri " sözləri "Bahar Muradova - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri" sözləri ilə əvəz edilsin".


Müəllif:

Oxşar xəbərlər