“Uşaq hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycanda ədliyyə sistemində islahatların sürətləndirilməsinə ehtiyac var”.
Teleqraf-ın məlumatına görə, bu fikirləri bu gün parlamentdə təşkil edilən dəyirmi masada Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems səsləndirib.
Diplomatın sözlərinə görə, bu gün ümumiyyətlə, Avropada uşaqların 90 faizi yoxsulluq riski altındadır. Eyni zamanda, onların hüquqlarının pozulması riskləri gündən-günə artır: “Ona görə də uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi və onun icrasına nəzarətin gücləndirilməsi çox aktual məsələ kimi hamının qarşısında dayanır”.
O, həmçinin xatırladıb ki, hazırda dünya əhalisinin üçdə birini, Avropa əhalisinin beşdə birini uşaqlar təşkil edir: "Azərbaycanda da əhalinin 40 faizini uşaqlar, yeniyetmələr, 25 yaşdan aşağı olanlar təşkil edir. Bunun özü isə uşaq hüquqlarının təmin edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir".
Nemət