24 Aprel 2016 18:05
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə Müdafiə Nazirliyi cavab verib.

Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinindən bildirilib ki, S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaqdır:

"Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır.

Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaqdır".


Müəllif: