24 Aprel 2016 18:41
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 aprel 2016-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində Şirvan su kanalında (ən yaxınlıqdakı məntəqədən 6 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır.

24 aprel 2016-ci il tarixində 2007-ci il təvəllüdlü, Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi batdığı yerdən 5 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat saat 14:59-da başa çatıb.


Müəllif:

Oxşar xəbərlər