“Görəsən bu aktyorun ermənilərə olan sevgisinin kökündə nə durur? Əgər yazılanlar həqiqətdirsə, mənim üçün bu aktyor bu gündən yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova “İnstaqram” hesabında Corc Kluniyə etiraz olaraq yazıb: “Onun üçün bir pərəstişkarın olmaması böyük itki deyil, amma sənəti olan birinin intellekti də olmalı idi. Ağ yalana inanıb öz sənətini və şəxsiyyətini bu qədər gülünc vəziyyətə qoymazdı.
Eh Kluni, Kluni... Bir bilsən əziyyətlə qazandığın milyonları onların ordularına xərcləməklə nə qədər bəşəri bir səhv addım atmısan”.
Qeyd edək ki, məşhur Hollivud aktyoru Corc Kluni ötən gün qondarma erməni soyqırımının ildönümü ilə əlaqədar keçirilən tədbirə qatılıb. Ermənistan prezidenti Serj Sərkisyanla birgə “soyqırım abidəsi”ndəki alov qarşısında dayanaraq, bu hadisələrin Ermənistan və dünya tarixinin bir parçası olduğunu deyib.
Tədbirdə Türkiyə və Azərbaycan bayraqları da yandırıb.
Pərvin