26 Aprel 2016 19:45
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Z. Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər