27 Aprel 2016 14:19
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu ərazisində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar.

Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: