18 İyun 2014 11:15
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Twitter" son dövrdə etdiyi dəyişikliklərlə istifadəçilərini çaşdırmağa davam edir.

Yeni bir xüsusiyyətini təqdim edən "Twitter" mikrobloqu "Inception", yəni bir "Tweet"-in yeni bir "tweet" kimi paylaşma xüsusiyyətini (embed kodla) istifadəçilərinə təqdim edib. Bu barədə "Technimum" yazıb.

"Twitter" daha əvvəl də tvit içində tvit xüsusiyyəti üzərində çalışdığını bildirmişdi. İndi isə iOS və Android tətbiqlərində aktiv edilən bu xüsusiyyət sayəsində istifadəçilər bu funksiyadan faydalana biləcəklər. Normal olan "mentionlar"la yanaşı, birbaşa tvit ilə əlaqədar şərh edə bilmə imkanı təmin edən bu xüsusiyyət "twitter" istifadəçiləri tərəfindən çox seviləcək.

Hazırda test mərhələsində olan tvit embed xüsusiyyəti veb distributivində aktiv deyil. Funksiyanın istifadəsinə gəldikdə isə, məsələn bir tvit içinə öz tvitinizi əlavə etmək istədiyinizdə o tvitin paylaşma xüsusiyyətindən faydalana bilərsiniz.

Bu funksiya 140 simvola sığışmayan tvitlərinizi paylaşmaq üçün də yaxşı alternativ rolunu oynayacaq.


Müəllif: