Aprelin 30-da “Onkourologiyanın müasir nailiyyətləri” mövzüsunda Azərbaycan Uroloqların II Beynəlxalq Konqresi keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu və Azərbaycan Uroloqlar Assosiasiyası tərəfindən təşkil edilmiş kongres “Holiday İnn” otelində baş tutacaq.
Tədbirin məqsədi onkourologiya sahəsində yeni texnologiyalar ilə tanış olmaq, xarici həmkarlar ilə təcrübə mübadiləsi aparmaq və gənc həkimlərin ixtisasını artırmaqdır.
Kongresə yerli mütəhəssislərlə yanaşı Avropa Uroloqlar Assosiyasiyası və Türk Onkourolojı Cəmiyyətin çox saylı məruzəçilər də dəvət olunublar.
Kongresin əsas məqsədi Azərbaycanda urolojı xəstələrə tibbi xidmətin gücləndirilməsi, onkoloji xəstəliklərin erkən aşkarlanması və onun qarşısının alınmasıdır.
Naibə QURBANOVA