28 Aprel 2016 14:53
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-də erməni hərbi birləşmələrinin hücumu nəticəsində yaralanan Ağdamın Çəmənli kənd sakini 1949-cu il təvəllüdlü Hüseynov Əli Müseyib oğlu dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Ağdam Mərkəzi rayon Xəstəxanasında vəziyyəti ağır olaraq müşayiət olunan Əli Hüseynovun vəziyyəti pisləşib və günorta saatlarında vəfat edib.

Qeyd edək ki, dünən erməni silahlı birləşmələrinin artilleriyadan hücuma keçməsi nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həlak olub.

Hazırda 6 nəfər Mərkəzi rayon Xəstəxanasında həkim nəzarətindədir. Onlardan birinin vəziyyəti ağırdır.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər