Hazırda cəbhə bölgəsində gərgin vəziyyət davam edir. Ermənilərin ağır artilleriyadan atdığı mərmilər nəticəsində Ağdam və Tərtərdə çoxlu sayda evlər dağıdılıb.
Tərtər rayonunda 2 məktəb, 58 ev, 1 mağaza dağılıb. Ağdamda isə 59 evə mərmi düşüb. Onlardan 9-u tamamilə dağılıb, biri yanıb, 49-una isə ziyan dəyib. Həmçinin bir mağaza və bir avtomobilə ziyan dəyib. Ümumilikdə isə rayon ərazisində 30-a yaxın qaramal da düşmənin atdığı mərmilər nəticəsində tələf olub.
Tərtərdə mərmi düşən məktəbdən fotoları təqdim edirik: