18 İyun 2014 12:10
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilib. Yubiley tədbirində dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar və AYB-in çoxsaylı üzvləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin AYB-in yaradılmasının 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub.

Dövlət başçısı bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onlara yaradıcılıq uğurları arzu edib. Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq, qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirib.

Mərasimdə çıxış edən Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salıb. 1934-cü ilin iyun ayında yaradılmış Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli olub.

Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz Azərbaycan Yazıçılar Birliyi olub.


Müəllif: