2 May 2016 16:43
3 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aprelin əvvəlində gedən döyüşlərdə Azərbaycan ordusu bizim hərbi obyektləri dayanmadan vururdu. Mən atışma səngidikdən sonra uşaqlardan ayrılıb su içməyə getdim. Geri qayıdanda mənim yanıma mərmi düşdü və əynimdəki forma alışmağa başladır. Bunu görən əsgərlər paltarımı əynimdən çıxarmağa çalışdılar".


Bu barədə 29 yaşlı kapitan Arsen Arakelyan söyləyib. Hazırda Xankəndində müalicə alan erməni hərbçi cəbhədə gedən şiddətli döyüşlər zamanı başına gələnlərdən danışıb:

"Həmin gün pilotsuz təyyarə ilə Azərbaycan tərəfi həmin ərazidə bizim könüllülərin olduğu avtobusu vurdu. Hadisə zamanı 6 könüllü həlak oldu, yeddi nəfər yaralandı".


Arsen Arakelyan deyir ki, onu ilk olaraq Mataqisə aparıblar. Daha sonra kapitanı Ağdərəyə, oradan isə Xankəndiyə aparıblar. Hazırda vəziyyəti stabil olsa da, erməni kapitanın əlləri və beli yanıb. /Baku.ws


Müəllif:

Oxşar xəbərlər