18 İyun 2014 14:23
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçiriləcək

Teleqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Zeynalovun işi üzrə məhkəmənin ilkin hazırlıq iclasına Moskva Şəhər Məhkəməsində baxılacaq. Qanuna uyğun olaraq ilkin dinlənilmə qapalı rejimdə keçiriləcək və prosessual məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, ötən ilin oktyabrında Orxan Zeynalov münaqişə zəminində Moskva sakini 25 yaşlı Yeqor Şerbakovu bıçaqla ürəyindən vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb. Oktyabrın 13-ü isə Biryulyovo rayon sakinləri ayağa qalxaraq qatilin tapılıb cəzalandırılması tələbi ilə etiraz təşkil ediblər. Qarşıdurma zamanı 400-ə yaxın rayon sakini saxlanılmışdı.


Müəllif: