3 May 2016 23:15
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

AzVision.az xəbər verir ki, 19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılıb.

Xaçmaz Rayon Icra Hakimiyyətindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşinin sabah səhər saatlarında rayona gətiriləcəyi bildirilib. Şəhid Xaçmaz rayon Hacıməmmədova kənd qəbirstanlığında dəfn olunacaq.

Şəhidin sosial şəbəkələrdə yazdığı son statuslar diqqət çəkib.


Müəllif:

Oxşar xəbərlər